Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi münasibətilə Bakıda veloyürüş keçirilib- FOTO

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi münasibətilə Bakıda veloyürüş keçirilib

 

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyidir

Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixdə imzaladığı Sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Yenixeber.org:  Peşə bayramı ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə Bakıda veloyürüş keçirilib.

Veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər. DTX-nin inzibati binasının önündən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan velosipedçilər 12 kilometr məsafə qət ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd olunmalıdır ki, DTX-nin nəzdindəki Velosiped İdman Klubu Xidmətin əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan kütləvi maraq nəzərə alınaraq, 2017-ci il dekabrın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilmişdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam