Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ceyranbatan Su Anbarının kanalına tullantı sularının axıdılması faktı aşkarlanıb

 

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinın əməkdaşları tərəfindən yerində araşdırılıb

Yenixeber.org: Bu barədə  nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı Ceyranbatan Su Anbarını qidalandırmayan kanalın sanitar-mühafizə zonasında yerləşən heyvandarlıq təsərrüfatlarında və “Ceyranbatan Dəmir-Beton” ASC-də formalaşan tullantı sularının birbaşa kanala axıdıldığı aşkar olunub.
Faktlarla bağlı heyvandarlıq təsərrüfatlarının sahibləri Yaşar Səfərov, Dilqəm Vəliyev, Famil Rüstəmov, Mahir Səfərov, Etibar Səmədov, Firdovsi Səfərov və ASC-nin cavabdeh şəxsi Atəş Əmiraslanov barəsində protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 6950 manat məbləğində cərimə ediliblər.
Ərazidə yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt bələdiyyəsinə və aidiyyəti orqanlara məktublar göndərilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam