Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İradə Gülməmmədovanın qardaşı Rövşən sakinləri necə aldadıb?-Foto

 

Bakının Abşeron rayonunda 2 il əvvəl yerində park, yaşıllıq salınacağı vədi ilə sökülən qarajların yerində fərdi yaşayış evləri tikilib.

Yenixeber.org: Sakinlərin redaksiyamıza verdikləri məlumata görə, Xırdalan şəhərinin 27 və 28-ci məhəllələrində sakinlərə məxsus qarajlar sökülərkən onlara heç bir kompensasiya ödənilməyib. Həmin vaxt müxtəlif dövlət orqanlarına şikayətlər etsələr də, heç bir nəticəsi olmayıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ərazini Prezidentin tapşırığı ilə boşaltdığını bildirib, deyib ki, sökülən qarajların yerində sakinlərin istirahət etməsi üçün kiçik parklar, yaşıllıqlar salınacaq. Bundan sonra qarajı sökülən sakinlər sakitləşiblər və şikayətlərini dayandırıblar.

Lakin bir qədər sonra ərazidə park, yaşıllıq salmaq əvəzinə oranı müxtəlif şəxslərə satmağa, fərdi evlər və obyektlər tikməyə başlayıblar.
Bu işlərə isə, bir başqası yox, elə icra başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyev rəhbərlik edib. Qarajların bəzilərinin yerində evlər, bəzilərinin yerində isə iaşə obyektləri inşa olunaraq icarəyə verilib, bu zaman isə xeyli sayda ağac məhv olunub.

Sakinlərə məxsus qarajların yerində tikilən ev və obyektlərdən bir neçəsinin fotosunu təqdim edirik:(azpolitika.info)

01
02

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam