Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Masallıda qadın arıçı təsərrüfatını genişləndirir -  VİDEO

Masallıda qadın arıçı təsərrüfatını genişləndirir - <!--colorstart:red--><span style=VİDEO">

Arı ailəsi minlərlə işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Amma bir ana arı ailənin şahı, kraliçası sayılır. Əgər belədirsə, o zaman niyə arıçılar təkcə kişilər olmalıdır?

Yenixeber.org:  Masallının Ərkivan qəsəbəsində yaşayan Qönçə Quliyeva da arıçılıqda stereotipləri qırmağa çalışır. Kişi sənəti kimi tanınan arıçılıq haqqında xanım arıçının fikirləri isə tamam fərqlidir. Onun sözlərinə görə, arı saxlamaq incə işdir, elə ona görə də xanımlar bu işi daha yaxşı bacarır.

Bu işə 2 arı pətəyi ilə başlayan Qönçə xanım indi 100-dən çox arı pətəyinin sahibidir. Amma bununla da kifayətlənməyən xanım arıçı onların sayını 100 ədəd də artırmaq istəyir. Onun təsərrüfatında çiçək balına üstünlük verilir. Keçən il 15 kq bal götürən təsərrüfat sahibi bu il məhsulu 25 kq-a çatdırmaq fikrindədir.

Qönçə Quliyeva atasının yolunu davam etdirir və məşğul olduğu sahədə özünü çox xoşbəxt sayır. Özünün də dediyi kimi, o, arılarla nəfəs alır. Qönçə xanım arıçı qadınların sayının çox olmasını istəyir və 41 illik təcrübəsini başqaları ilə də bölüşür. Onun qızları və gəlini də artıq müəyyən qədər arıçılığın sirlərini bilirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam