Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ağ Göl Milli Parkında Qüdrət İbrahimovla Loğman Mehdiyev karantin rejimindən sui-istifadə edir

 

  

 Yenixeber.org: Adı daim mətbuatın gündəmindən düşməyən Ağgöl Milli parkı ilə bağlı məlumatlarda bildirilir ki,​ Milli Parka yeni direktoru​ Qüdrət İbrahimov öz səlahiyylərini tamamilə Loğman Mehdiyevə verməklə bərabər həmdə onun şərikinə çevrilib. Belə ki, direktor​ Ağ Göl Milli Parkında bütün işlərin​ nəzarətini müavini Loğman Mehdiyevə həvalə etməklə bərabər həmdə oğurluq işlərdən​ əldə edilən pullarada şəriklik edir.​
Ağcabədi rayonundan saytımıza daxil olan məlumatda bildirilir ki, direktor müavini Loğman Mehdiyev koronovirusla bağlı​ ölkəmizdə elan edilən karantin rejimindən istifadə edərək​ Ağ Göl Milli Parkında​ balıq və heyvan ovunu davam etdirməklə məşğuldur. Belə ki, hazırda Ağcabədi və​ İmişli rayon bazarlarına demək olar hər gün​ Ağ Göl Milli Parkından tutulan​ balıqlar satışa çıxarılır. Məlumatda vurğulanır ki, karantin rejimi ilə əlaqədar restoran və kafelərin bağlanmasına baxmayaraq Loğman Mehdiyevin​ adamları balıqlarını qapı-qapı düşüb sata bilirlər.
Bildirilir ki, işin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, Loğman Mehdiyev və adamları​ Milli Parkdan tutduqları balıqların bir hissəsini İmişlidə fəaliyyət göstərən şəxsi​ balıq vətəgəsinə yığırlar. Yəni Loğman Mehdiyevin komandası indidən bir növ​ qışa «hazırlıq» görürlər.
​
Karantin rejimindən sui-istifadə edən Qüdrət İbrahimovla Loğman Mehdiyev cütlüyünün adamları​ demək olar ki, son 20 gündə​ Ağ Göl Milli Parkında dayanmadan qanunsuz balıq​ ovunu həyata keçirirlər.
​
Loğman Mehdiyevin qanunsuz balıq ovunda əsas iştirkaçılar isə Milli Parkın mühafizəsini qoruyan yegerlərdir. Yəni balıqçılarla yegerlər birlikdə Ağ Göldə tor qururlar. Hətta Loğman Mehdiyevin səyi nəticəsində bir neçə​ brokenyer​ Milli Parkada yeger kimi işə götürülüb. Məhz Ağ Göl Milli Parkında qanunsuz balıq ovu ilə həmin yeger-brokonyerlər məşğul olur.​
​
Qeyd edək ki, Ağ Göl Milli Parkında baş verən qanunsuz balıq ovu fəaliyyəti ilə bağlı​  saytımıza daxil olan digər məlumatları da araşdırıb oxucularımıza təqdim edəcəyik.(xalqxeber.az)​
​
Yenixeber.org olaraq yazıda adı çəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam