Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BÖYÜK SUNAMİ FƏLAKƏTİ olacaq:kilometrlərlə ərazi su altında qalacaq -VİDEO

 

             

               Mərmərə dənizinin sahilləri sunami potensialı daşıyır.

Yenixeber.org: Bu sözləri geoloq Şükrü Ərsoy İstanbul şəhərində mümkün şiddətli zəlzələ haqqında danışarkən deyib.

"Mərmərədə son 3 min il ərzində baş vermiş 25-dən çox sunami izi qazıntılar nəticəsində aşkarlanıb. Sonuncusu 1894-cü ildə yaşanıb. Dolayısı ilə bu bölgə sunami təhlükəsi altındadır. Sunami dalğaları dar kanallara girəndə mövcud olduğundan daha yuxarıya qalxa bilir. Eyüpsultan belə sunami altında qala bilər.

İstanbul Böyükşəhər Bələdiyyəsində 50-yə yaxın ssenari var. Mərmərənin harasında sunami olursa-olsun, neçə dəqiqədə və haraya qədər gedə biləcəyinə dair proqnozlar var. Bu, bizim Mərmərə reallığımızdır", - Ərsoy qeyd edib.

Professor bildirib ki, buradakı sunami okeanlardakı kimi şiddətli olmasa da 1-3 metr yüksəkliyə qalxa bilər: "Lakin bu belə öldürücüdür. Çünki dalğalar ardıcıl gəlir. Sahilə 100-200 metr belə girsə, geri çəkiləndə böyük zərərlər verə bilər".

Qeyd edək ki, Eyüpsultan bölgəsi Mərmərə dənizindən 30 km məsafədə yerləşir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam