Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Emin Əmrullayev: Təhsilalana ayrılan investisiyanın ədalətli bölgüsü önəmlidir

 

Son on ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir.

Yenixeber.org xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, keyfiyyətə gəlincə müəyyən problemli nüanslar var və bunu təkmilləşdirmək lazımdır:

"Bu çağırış tək bizdə yox, qlobal səviyyəli məsələdir. Təhsillə əlaqəli daha bir məqam adambaşı maliyyələşmə mexanizmidir. Təhsilalana ayrılan investisiyanın ədalətli bölgüsü önəmlidir. Misal olaraq, kompüter mühəndisliyi üzrə kadr hazırlığına ən yaxşı halda adambaşına illik olaraq 2 min dollar xərc çəkilir. Çünki bütün dünyada ən yaxşı gəlirli peşədir. Hesab edirəm ki, digər ixtisaslara baxanda burada qeyri disbalans var. Təbii ki, sosial aspektlər də bu məsələdə rol oynayır. Bütün hallarda bərabərlik və ədalətlilik bu işdə əsasdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam