Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nazir: "Hazırlıq qruplarında təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur"

 
"Nazirlər Kabinetinin qərarına əsasən və normativlərə uyğun olaraq ali təhsil müəssisələri hazırlıq qruplarını təşkil edə bilərlər".

Yenixeber.org: Bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırlıq qruplarının təşkil edilməsi üçün ali təhsil müəssisələrinə maraqlı tələbələr tərəfindən müraciətlər daxil olmalıdır.

O qeyd edib ki, qanunvericiliyə əsasən hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur: "Hazırlıq qrupunda təhsil aldıqda qanunvericiliyə əsasən hərbi xidmət çəkməlisən. Ali təhsilin bakalavriat və magistraturaya qəbul olan tələbələr möhlət hüququ qazanırlar".

Hazırlıq qrupları ilə bağlı təhsil haqqı məsələsinə gəldikdə isə nazir bildirib ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir: "Çünki burada dövlət sifarişi hazırlıq qrupu ilə bağlı deyil. Deməli bu, ödənişli əsasla həyata keçirilir. Ödənişli əsasla da həyata keçirildiyi üçün bu artıq təhsil haqqı təhsil müəssisələri tərəfindən müəyyən edilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam