Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ polisi daha bir afroamerikalını güllələyərək öldürdü -VİDEO

ABŞ polisi daha bir afroamerikalını güllələyərək öldürdü -  VİDEO
ABŞ polisi paytaxt Vaşinqtonda afroamerikalını güllələyərək öldürüb.
Yenixeber.org: Bu barədə “WJLA” telekanalı şəhərin polis rəisi Peter Nyusemə məlumat yayıb.

Onun sözlərinə görə, Vaşinqton polisi küçədə park edilmiş avtomobildə silahlı adamların olması barədə məlumat alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxslər olduğu ehtimal edilən maşına yaxınlaşıblar. Həmin şəxslərdən bir neçəsi qaçıb.

Bu zaman polisin açdığı atəş qaçan gənclərdən birinə dəyib. Yaralı xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

"Düşünürük ki, şübhəli şəxsin silahı olub”, - deyə Nyusem əlavə edib.

Hadisədən sonra Vaşinqton polis idarəsi qarşısında etiraz aksiyası keçirilib.

Xatırladaq ki, ABŞ-da qaradərili vətəndaşların öldürülməsinə etiraz olaraq may ayının sonlarından aksiyalar keçrilir. Etirazçılar afroamerikalıların işlərində ədalət tələb edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam