Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyə XİN Ermənistanın Gəncəni bombalamasını pisləyib-AÇIQLAMA

 "Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri Gəncədə dinc sakinləri hədəf alan bugünkü hücumu Ermənistanın hüquq tanımayan mövqeyinin növbəti təzahürüdür. Bu təcavüzü pisləyirik”.

Yenixeber.org: Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“İşğal etdiyi Azərbaycan ərazilərində məğlubiyyətlə üzləşən Ermənistan başda Cenevrə Konvensiyası olmaqla humanist hüququn bütün prinsiplərini pozaraq işğal etdiyi bölgələrdən kənara – yaşayış məntəqələrinə hücum edir. Bu hücumlar Ermənistanın üzləşdiyi çarəsizliyin və işğalın davam etdirilməsi üçün insanlığa qarşı cinayətlər törətməkdən çəkinməyəcəyinin göstəricisidir. Hərbi əməliyyatların başladığı ilk gündən bildirdiyimiz kimi, Ermənistan bölgədəki sülh və sabitliyin qarşısındakı ən böyük əngəldir.

Ermənistanın təxribatlarına uymayacağını, beynəlxalq hüququn təməl prinsiplərindən qaynaqlanan legitim özünümüdafiə haqqını beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində istifadə etdiyini və dinc əhaliyə zərər gəlməməsi üçün mümkün olan bütün cəhdləri göstərməkdə olduğunu bəyan edən Azərbaycanın mövqeyini dəstəkləyirik”, - bəyanatda vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam