Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

TÜRKİYƏDƏN QARABAĞDAKI ORTAQ MƏRKƏZİN FƏALİYYƏTİ İLƏ BAĞLI RƏSMİ AÇIQLAMA -VİDEO

 

          Türkiyə Milli Müdafiə Nazirliyi Qarabağdakı Ortaq Mərkəzin fəaliyyəti ilə bağlı açıqlama verib.

Yenixeber.org: Nazirliyin saytında yayılan məlumatda bildirilir ki, Türkiyə və Rusiya Federasiyası arasında imzalanan sənədə əsasən atəşkəsi qorumaq və izləmək məqsədi ilə təsis ediləcək Ortaq Mərkəzin ən qıza müddətdə fəaliyyətə başlaması üçün lazımkı işlər Azərbaycan və Rusiya ilə koordinasiyalı şəkildə irəli sürülür.

Məlumatda qeyd olunur ki, həmçinin Ermənistan işğalından azad edilən ərazilərdə qardaş Azərbaycan Ordusuna dəstək məqsədi ilə minalardan təmizləmə birliyi tərəfindən təlimlər keçirilir.

“Azərbaycanı 44 gün davam edən Bir Vətən Hərəkatı ilə öz torpaqlarını Ermənistan işğalından azad etməsi münasibətilə bir daha təbrik edirik. Türkiyə olaraq, “iki dövlət, bir millət” anlayışı ilə bu günə qədər kədərdə və qürurda yanında olduğumuz can qardaşlarımızın bundan sonra da yanlarında olmağa davam edəcəyik”, - deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev dünənki açıqlamasında Türkiyə və Rusiya Federasiyası arasında imzalanan sənədə əsasən atəşkəsi qorumaq və izləmək məqsədi ilə təsis ediləcək Ortaq Mərkəzin Ağdamda fəaliyyət göstərəcəyini bildirib.

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam