Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Horadizdən Ermənistanla sərhədə qədər yol çəkilməsinə hazırlıq gedir-AÇIQLAMA

Horadiz-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun çəkilməsi istiqamətində işlərə başlanılıb.

Yenixeber.org: Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, hazırda həmin yolla bağlı layihələndirmə aparılır.

"Əvvəllər bu yolla Ermənistan ərazisinə keçmək və oradan Naxçıvana getmək mümkün idi. Lakin qonşu ölkənin təcavüzkar siyasəti nəticəsində Naxçıvanla quru yolumuz bağlandı. Torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistana qədər olan yolun yenidən tikilməsinə ehtiyac var. Yəqin ki, üçtərəfli bəyanatda yer almış, Naxçıvana dəhlizin açılması ilə bağlı bəndə uyğun olaraq gələcəkdə həmin yol Naxçıvan istiqamətində uzadıla bilər", - o qeyd edib.

A.Nəcəfli onu da qeyd edib ki, Horadiz-Mincivan-Ermənistanla dövlət sərhədi yolundan ayrılan Qubadlı-Laçın yolu da layihələndirilir.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam