Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İkinci Qarabağ müharibəsində əlil olmuş ermənilərlə bağlı məlumat -qismən açıqlanıb

İkinci Qarabağ müharibəsində əlil olmuş ermənilərlə bağlı məlumat qismən açıqlanıb

Ötən ilin 27 sentyabrından Ermənistanda ikinci Qarabağ müharibəsində iştirak etmiş 457 nəfər əlilliyin müəyyən olunması üçün müvafiq orqanlara müraciət edərək müayinədən keçib.

Yenixeber.org: Ermənistan mətbuatı xəbər verir ki, bu barədə ölkənin Əmək və Sosial Məsələləri Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, onlardan 368-i əlil kimi qeydiyyata alınıb.

"65 nəfər birinci qrup, 119 insan ikinci, 184 nəfər üçüncü qrup əlillik alıb”, - nazirlikdə bildirilib.

Cari ilin 10 fevralına qədər 66 nəfərin yuxarı və aşağı ətrafların protezlənməsinə ehtiyac var", - məlumatda əlavə olunur.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olmuş və ya xəsarət almış hərbçilərin sayını hələ açıqlamayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam