Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Naxçıvan Qarnizonu Qoşunlarında komandir müavinləri ilə toplantı keçirilib-FOTO+VİDEO

 

Naxçıvan Qarnizonu Qoşunlarında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib. Toplantı zamanı əsas diqqət ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin tabelikdə olanların fərdi-psixoloji xüsusiyyətlərini öyrənmə vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, müxtəlif qurumların nümayəndələrinin də iştirak etdiyi nəzəri dərslərdə hüquq hazırlığından “Bölmələrdə cinayət hadisələrinin baş vermədən qarşısının alınması”, mənəvi-psixoloji hazırlıqdan “Milli-mənəvi və dini dəyərlərin yad təsirlərdən qorunması”, “Mədəniyyət müəssisələri ilə qarşılıqlı əlaqədə mədəni-kütləvi tədbirlərin keçirilməsi”, “Hərbi kollektivi idarəetmə psixologiyası”, informasiya təhlükəsizliyindən “Müasir müharibələrdə informasiya qarşıdurması”, eləcə də digər mövzularda mühazirələr oxunub.

3 günlük toplantının sonuncu günündə 44 günlük Vətən müharibəsi zamanı kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin fəaliyyətindən, düşmənin ifşa edilmiş dezinformasiyalarının təhlilindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam