Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Bakıda qadına qarşı zorakılıq hərəkətləri edən -polis işdən çıxarıldı

Bakıda qadına qarşı zorakılıq hərəkətləri edən polis işdən çıxarıldı

Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı işdən çıxarılıb.

Yenixeber.org: Daxili İşlər Nazirliyində (DİN) sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.

Məlum olub ki, bərbərxanada qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğludur. O, tutduğu vəzifədən azad edilib.

DİN-in Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində polis əməkdaşının bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri etməsi ilə bağlı videogörüntülər yayılıb.

Belə ki, bərbərxanaya daxil olan polis qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Qadın isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Bundan sonra polis əməkdaşı həmin polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam