Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya hərbçisinə və həyat yoldaşına hücum olub-Ermənistanda

Maskalı naməlum şəxs Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasının hərbi qulluqçusuna və onun həyat yoldaşına hücum edib.

Yenixeber.org: Bu barədə “Shamshyan.com” xəbər verir.

Qeyd edilir ki, hücum nəticəsində rusiyalı hərbçi və xanımı müxtəlif xəsarətlər alıblar.

Məlumata görə, hadisə martın 10-da olub. Gümrüdə Ani kvartalına elektrik enerjisinin verilməsi dayandırılıb. Həmin rayonda yaşayan 40 yaşlı Roman Romanov elektrik enerjisinin təchizatının nə vaxt bərpa olunacağını öyrənmək üçün küçəyə çıxıb. Bir qədər sonra onun həyat yoldaşı Siruş səs eşidərək evdən çıxıb. Bu zaman o, ərinin maskalı şəxslə dalaşdığını görüb. Qadın qışqıraraq qonşuları köməyə çağırıb. Belə olduqda maskalı şəxs ona da bıçaqla hücum edib.

Ər və arvad hadisə yerinə gəlmiş polisə xəsarət aldıqlarını bildiriblər.

Saytın məlumatına görə, zərər çəkənlərdən biri, R.Romanov Rusiya Federasiyasının Gümrüdəki 102 saylı hərbi bazasında xidmət keçir.

Faktla bağlı Ermənistanın İstintaq Komitəsinin Şirak əyaləti üzrə İstintaq İdarəsində hücum cəhdi faktı üzrə cinayət işi qaldırılıb.

Hazırda cinayətkarın axtarışı aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam