Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

SOCAR-ın prezidenti -Gürcüstanın Baş naziri ilə görüşdü

SOCAR-ın prezidenti Gürcüstanın Baş naziri ilə görüşdü

Aprelin 30-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüş keçirib.

Yenixeber.org: SOCAR-dan verilən məlumata görə, görüşdə Gürcüstanın qaz təchizatı və qazlaşdırılması sahəsində qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti, tərəfdaşlığın genişləndirilməsi perspektivləri və bir sıra başqa məsələlər müzakirə olunub.

Görüşdə “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov da iştirak edib.

Qeyd edək ki, “SOCAR Energy Georgia” MMC 2006-cı ildən Gürcüstanda fəaliyyət göstərir. Bu müddət ərzində şirkət Gürcüstan iqtisadiyyatına 1,2 milyard ABŞ dollarından artıq investisiya qoymuş və dövlət xəzinəsinə 1,7 milyard ABŞ dolları məbləğində vergi ödəyib. Bu gün şirkət bütün Gürcüstan ərazisində 770 mindən çox qaz istehlakçısına xidmət edir. Ölkədə SOCAR brendi ilə 111 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam