Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

SOCAR-la - “KazMunayQaz” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Dekabrın 20-21-də Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.

Yenixeber.org: Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xəbər verir ki, Qazaxıstan şirkətinin rəhbərliyi və nümayəndə heyəti SOCAR-ın “Caspian Drilling Company” (CDC) MMC-nin dəniz təchizat və loqistika bazasında CDC şirkətinin rəhbərliyi ilə görüşüb. Hazırda SOCAR-ın CDC şirkəti öz bazasında “KazMunayQaz” şirkətinə məxsus olan “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsini həyata keçirir. “KazMunayQaz” rəhbərliyi qurğunun modernizasiya prosesi ilə tanış olub, məmnunluğunu ifadə edib.

Növbəti gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Tower”də nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iki şirkət arasında tərəfdaşlıq əlaqələrinin inkişafı, habelə neft-qaz sənayesinin müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xatırladaq ki, “KazMunayQaz” şirkətinə məxsus olan “Sətti” qurğusu SOCAR-ın CDC şirkəti tərəfindən modernləşdirildikdən sonra, ilk növbədə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid-Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilə bilər. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam