Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Vətən müharibəsi qəhrəmanlarına orden və medallar təqdim edildi -FOTO

Vətən müharibəsi qəhrəmanlarına orden və medallar təqdim edildi -  FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocəvəndin, Su­qovuşanın və Şuşanın azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçularına orden və medallar təqdim olunub.
Yenixeber.org: Bu barədə DSX-dən məlumat verilib.

Orden və medalları mayın 28-də Zəngilan rayonu ərazisində DSX-nin yeni hərbi hissə kompleksinin xidməti-döyüş fəaliyyətinə başlaması mərasimində DSX rəisi general-polkovnik Elçin Quliyev təqdim edib.



Döyüş əməliyyatlarının iştirakçılarına, ümumi qə­ləbənin əldə olunmasında zəhməti olan bütün şəxsi heyətə, hərbi hissənin inşasında iştirak etmiş heyətə minnətdarlıq bildirilib.



Vətən müharibəsində əldə edilmiş təcrübənin qarşıda duran tapşırıq­ların daha yüksək səviyyədə icra şəraitini yaratması, Azərbaycan sərhədçi­lərinin işğaldan azad olun­muş ərazilərdə xidmətlərilə qürur duymaları və daima Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şərəflə xidmət edəcəkləri, Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanacaqları xüsusi qeyd olunub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam