Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Həkimi şantaj edən reket jurnalistin səs yazısı yayıldı - FOTO/VİDEO

 

Özünü media nümayəndəsi kimi təqdim edən şəxs səhiyyə işçisini şantaj edib.

Yenixeber.org: Belə ki, “Korrupsiyaya son” qəzetinin təsisçisi Hacı İbrahim adlı şəxs Tovuz rayonu Əyyublu kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Akif Əyyubova zəng edərək ona hansısa nişanın təqdim ediləcəyini bildirib. Daha sonra H.İbrahim səhiyyə işçisinə çəkiliş üçün göndərdiyi adamlara “hörmət” etməli olduğunu deyib.

Akif Əyyubov pul vermək imkanının olmadığını bildirdikdən sonra onlar arasında mübahisə yaranıb və Hacı İbrahim onu şantaj edib.

Baku TV Hacı İbrahimlə əlaqə saxlasa da, o, şikayətçini tanımadığını bildirib.

Qeyd edək ki, “Korrupsiyaya son” MMC-nin təsisçisi və direktoru İsmayılov İbrahim Vaqif oğludur. O, 2010-cu ildə “Bakısərnişinnəqliyyat” MMC-nin əməkdaşını şantaj etdiyinə görə saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 29, 178.2.1 və 310-cu maddələri ilə cinayət işi qaldırılıb. 

Şəhid ailələrinə müraciət edərək onların övladları barədə məlumat hazırlayacaqlarını deyən və həmin ailələrdən bunun qarşılığında pul tələb edən “Şəhid” TV də görünür ki, bu qəzetə məxsusdur. Və bu kanalın direktor isə Vüqar Abbasovdur. O, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam