Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Koronavirusa yoluxanların sayı 200 milyon nəfəri ötüb-DÜNYADA

Dünyada koronavirusa yoluxanların sayı 200 milyon nəfəri ötüb

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 200,1 milyonu ötüb.

Yenixeber.org: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytı məlumat yayıb.

Məlumata görə, dünyada COVID-19-a 200 174 883 yoluxma aşkarlanıb. Son sutkada daha 658 630 nəfərin koronavirusa yoluxması məlum olub.

Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 255 892 nəfərə çatıb. Son 24 saat ərzində isə 10 215 pasiyentin həyatını xilas etmək olmayıb.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam