Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb

COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb.

Yenixeber.org: Nazirlər Kabineti “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərara əsasən, COVID sertifikatı müraciət edən şəxs fərdi, o cümlədən sağlamlığının vəziyyəti barədə məlumatlarının ötürülməsinə və yayılmasına razılıq vermədikdə; müraciət edən şəxsin səlahiyyətli nümayəndəsi müraciət edən zaman onun səlahiyyətli nümayəndə olduğu barədə məlumatlar Portalda göstərilmədikdə; COVID sertifikatını formalaşdırmaq üçün tələb olunan fərdi və ya sağlamlıq vəziyyəti barədə məlumatlar olmadıqda COVİD sertifikatı verilmir.

Qərara əsasən, fərdi və ya sağlamlıq vəziyyəti barədə məlumatların olmaması səbəbindən COVID Sertifikatının verilməsindən imtina edilməsi barədə bildiriş avtomatik olaraq Portal vasitəsilə müraciət edən şəxsə göndərilir. Şəxsin istəyi ilə həmin bildiriş tibb müəssisəsi tərəfindən kağız daşıyıcıda verilə bilər.
Qeyd edək ki, şəxs və ya onun səlahiyyətli nümayəndəsi COVID Sertifikatı almaq üçün E-TƏBİB və ya Elektron Hökumət İnformasiya Sisteminin MyGov platforması (Portal) vasitəsilə sertifikatın əldə olunması üçün müraciət etməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam