Redaktor seçimi
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Günün xəbəri

Türkiyənin Gürcüstandakı səfiri:"Qarabağa mütləq səfər edəcəyəm"

Türkiyənin Gürcüstandakı səfiri: Qarabağa mütləq səfər edəcəyəm
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Tbilisidə keçirilən qış xeyriyyə yarmarkasında Azərbaycan guşəsinə baş çəkib.

Yenixeber.org: O, Xarıbülbül formasında döş nişanı və kəlağayı alıb.

Səfir jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan stendi xeyriyyə tədbirinin ən zəngin guşələrindən biridir: "Türkiyə və can Azərbaycanın guşələrinin yanbayan olmasından qürur duydum".
F.C.Yazqan qarşıdan gələn Yeni il münasibətilə Azərbaycana təbriklərini çatdırıb: "Qardaş Azərbaycan xalqına ilk növbədə cansağlığı, bərəkət, bolluq və sevdiklərinin gözəl günlərini görə biləcəkləri il arzulayıram. Bütün bölgədə barış və sabitliyin hakim olmasını, Azərbaycanın halal torpaqları üzərində rifahı yüksəldəcəyi il diləyirəm".
Xanım səfir Qarabağa səfər etmək arzusunda olduğunu qeyd edib: "Səfərin baş tutmasını çox arzulayıram. Səfir kimi olmasa da, Fatma Ceren Yazqan kimi Qarabağa mütləq səfər edəcəyəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam