Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya-NATO Şurasının iclası bu tarixdə olacaq-AÇIQLAMA

 

                    

 Rusiya-NATO Şurasının iclası yanvarın 12-də baş tuta bilər. 
Yenixeber.org: Bu barədə “Anadolu” agentliyi alyansdakı mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu tarixi NATO-nun baş katibi, eyni zamanda Şuranın sədri olan Yens Stoltenberq müəyyənləşdirib.
“Biz bu məsələ ilə bağlı Rusiya ilə əlaqə saxlayırıq”, - mənbə bildirib. Agentlik vurğulayıb ki, həmin gün NATO-ya üzv ölkələrin Baş Qərargah rəislərinin Brüsseldə görüşü planlaşdırılır.

Rusiya keçən həftə ABŞ-la müqavilə və NATO-ya üzv ölkələrlə saziş layihəsini dərc edib. Sənədlərə Avropada qarşılıqlı təhlükəsizlik təminatları, orta və daha qısa mənzilli raketlərin bir-birinin əli çatan yerdə yerləşdirilməməsi və NATO-nun, o cümlədən keçmiş sovet respublikaları hesabına genişlənməsindən imtina edilməsinə dair müddəalar daxildir.

Xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib ki, NATO və ABŞ təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni raunduna səbəb ola bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam