Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Taliban” dünya ictimaiyyətinə müraciət edib-"İnsanların təcili ərzaq, sığınacaq, geyim, dərman və nağd pula ehtiyacı var"

Əfqanıstandakı “Taliban” hökuməti baş nazirinin müavini Molla Əbdülqəni Biradər dünyanı əfqan xalqına humanitar yardıma çağırıb.

Yenixeber.org: “Biz beynəlxalq ictimaiyyəti və humanitar yardım təşkilatlarını vətəndaşlarımızı unutmamağa çağırırıq”, - deyə o bəyan edib.

Video mesajında Əfqanıstanın həssas bir dövrdə olduğunu dilə gətirən Biradər, 

"Bir tərəfdən sıxıcı sanksiyalar mövcuddur. Digər tərəfdən, Əfqanıstanda son 20 ildə vətəndaşların iş imkanlarını asanlaşdıracaq heç bir infrastruktur yoxdur. Təbii fəlakətlər, daşqınlar, güclü qar yağışı və pandemiya kimi hallarda təcili yardım lazımdır. Hazırda ölkəmizin bir çox yerlərində insanların təcili ərzaq, sığınacaq, geyim, dərman və nağd pula ehtiyacı var. Ona görə də biz siyasi mülahizələrlə yanaşı, dünyanın yardım etməklə öz humanitar borcunu yerinə yetirməsini gözləyirik”, - deyə hökumət başçısının müavini bildirib.

Qeyd edək ki, ötən ilin avqustunda “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra ABŞ və Avropa ölkələri dövlətə məxsus milyardlarla dollar vəsaiti dondurub. Həmçinin, qlobal maliyyə institutları da Əfqanıstana ayrılan vəsaitləri dayandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam