Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasında telefon danışığı olub. Telefon danışığında Azərbaycan və Ermənistan arasında davamlı sülhün vacibliyi vurğulanıb.

Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, danışıq zamanı ikitərəfli münasibətlər, xüsusilə siyasət, iqtisadiyyat və müdafiə məsələləri, Ukrayna böhranı, Ermənistanla normallaşma prosesi və digər regional məsələlər müzakirə edilib.

Türkiyə ilə ABŞ arasında razılaşdırılan Birgə Strateji Mexanizmin təfərrüatları və mövzularının müzakirə edildiyi telefon danışığında iki ölkə arasında real, planlı və davamlı dialoqu təmin edəcək mexanizmin ən qısa zamanda həyata keçirilməsinin vacibliyi xatırladılıb.

Danışıqlar zamanı Ukrayna böhranının dialoq və əməkdaşlıq yolu ilə həlli istiqamətində səylərin müzakirə edildiyi bildirilib və Türkiyənin NATO müttəfiqi olaraq böhrandan çıxmaq üçün hər cür dəstəyi davam etdirəcəyi qeyd olunub.

Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Ukraynanın paytaxtı Kiyevə səfərinin problemin diplomatiya yolu ilə həllinə töhfə verəcəyi vurğulanıb, habelə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin və uzunmüddətli münasibətlərin qurulmasının zəruriliyi, Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması regionun sabitliyi və rifahı üçün vacibliyi vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam