Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ukraynada teleqülləyə raket hücumu nəticəsində qurbanların sayı 20-yə yaxınlaşıb -FOTOLAR

 

Ukraynanın Rovno şəhərində televiziya qülləsinə Rusiya ordusunun raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb.

Yenixeber.org: Bu barədə Rovno Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Koval “Rada” kanalının efirində xəbər verib

“Təəssüf ki, qurbanların sayı artıb. Səhər saat 8:30-a olan məlumata görə, 19 nəfər ölüb, 9 nəfər yaralanıb”, - deyə Koval bildirib.

Bununla belə, o, xilasetmə əməliyyatı davam etdiyi üçün bu rəqəmlərin yekun olmaya biləcəyini vurğulayıb.

“Qurbanların dəqiq sayı bir neçə saatdan sonra, xilasedicilər işlərini yekunlaşdırdıqda məlum olacaq”, - deyə o əlavə edib.

Xatırladaq ki, martın 14-də Rovno vilayətində televiziya qülləsinə hava zərbələri edilib. Nəticədə bölgədə müəyyən müddət televiziya və radio yayımı dayanıb.

Bu, Rusiya qoşunlarının Ukraynada televiziya və rabitə qüllələrinə ilk hücumu deyil. Rusiya ordusu xüsusilə Kiyev, Xarkov və digər şəhərlərdə buna əl atır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam