Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Putin Krımdan qaçan rusların qarşısını BELƏ ALMAQ İSTƏYİR -Kəşfiyyat açıqladı

2014-cü ilin fevralından sonra Krıma qeyri-qanuni köçmüş Rusiya
vətəndaşları təcili olaraq daşınmaz əmlaklarənı satır,
biznes və aktivlərini yarımadadan çıxarırlar.
Yenixeber.org: Ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bu barədə
məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Krım körpüsündə Rusiya Federasiyası istiqamətində hərəkətin qarşısı alınıb. Krımın hazırki hakimiyyəti həmçinin bərələrin hərəkətini və yarımadanın Rusiya ilə hava əlaqəsini məhdudlaşdırmağı planlaşdırır.

Qeyd edilir ki,  bunun səbəbi ukraynalı diversantlara qarşı mübarizə və mümkün “terror hücumları”nın qarşısının alınmasıdır.

"Beləliklə, Putin hökuməti 2014-cü ilin fevralından sonra Krıma qeyri-qanuni köçən Rusiya vətəndaşları arasında yaranan panikaya cavab verməyə çalışır. İşğalçılar yarımadadan qaçqın axınının qarşısını almağa çalışırlar. Rusiya ordusunun Ukraynaya hücumu başlayandan sonra Krımda məskunlaşmış rus zabitlərinin ailə üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və Sevastopolun işğal administrasiyasının nümayəndələri yarımadanı tərk edənlərin önündə gedir", deyə məlumatda vurğulanır.Məlumata görə, Putin Krımı tərk etmək imkanını məhdudlaşdırmaqla, hazırda yarımadada yaşayan 600 min Rusiya vətəndaşını girov saxlayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam