Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

ÜST:“Omikron"un XE rekombinatı 10% daha yoluxucudur”

 

“Omikron BA.1-BA.2” ştamının XE rekombinatı yayılma sürəti BA.2 (“Stels-omikron”) ilə müqayisədə, təqribən, 10% daha çoxdur”.

Yenixeber.org: Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç  bildirib ki, bu qiymətləndirmələr məhdud ilkin məlumatlara əsaslanır. 

“XE rekombinatı “Omikron” variantının hissəsi kimi izlənilir. İlk dəfə yanvarın 19-da Birləşmiş Krallıqda aşkarlanmış bu rekombinata yüzlərlə yoluxma təsdiq olunub”, - o deyib.

Onun sözlərinə görə, ÜST tərəfindən COVID-19-un bütün yeni rekombinat variantları izlənilir. 

Rekombinant XD-yə (Delta-Omikron) gəlincə, T.Yazareviç onun “nəzarət altında olan variant” kimi izlənildiyini, mövcud məlumatların onun daha yoluxucu olmasına dəlalət etmədiyini və hazırda yayılmasının məhdud olduğunu vurğulayıb.

ÜST nümayəndəsi diqqətə çatdırıb ki, SARS-CoV-2 virusu inkişaf etməkdə davam edir: "Bu cür intensiv ötürülmə şəraitində dünyada yeni ştamlar, o cümlədəm rekombinatların yaranması gözləniləndir. Virusun izlənməsini, yayılmasını və təkamülünü izləyə bilmədiyimiz üçün ÜST sınaqların aparılmasının və epidemioloji nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulamaqda davam edir. Bu məlumat və təhlil pandemiyanın kəskin fazasına effektiv şəkildə başa çatıdırılması baxımından son dərəcə əhəmiyyətlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam