Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Bu ölkədə 400 min dollara əmlak alana vətəndaşlıq veriləcək

Əcnəbilər ən azı 400 min dollar dəyərində daşınmaz əmlak alarsa, müstəsna şəkildə Türkiyə vətəndaşlığını əldə edəcək.

Yenixeber.org: Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı bu gün  hökumətin mətbuat orqanı olan “Resmi Gazete”də  dərc olunub.

Sənədə əsasən, qərar bir aydan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, əvvəllər Türkiyə vətəndaşlığını əldə etmək üçün 250 min dollar dəyərində daşınmaz əmlak almaq lazım idi. Bu qanun 2010-cu ilin fevralından qüvvədədir. Daşınmaz əmlakın limitinin artırılması ilə bağlı qərarı Türkiyə hökuməti aprelin ortalarında qəbul edib.

Eyni zamanda qeyd olunub ki, alınan daşınmaz əmlakın müqabilində Türkiyə vətəndaşlığı üçün müraciət edən əcnəbilərdən ən azı 3 il müddətində onu satmamaq tələb olunacaq. 

Xatırladaq ki, keçən il maliyyə bazarlarındakı volatillik səbəbindən Türkiyədə əcnəbilər arasında əmlaka tələbat artıb. "Knight Frank" konsaltinq şirkətinin məlumatına görə, 2021-ci ildə dünya mənzil qiymətləri indeksində aparıcı şəhərlər siyahısına İstanbul, Ankara və İzmir daxil edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam