Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

“Bizə tanklar, zirehli texnika, uzaqmənzilli silahlar lazımdır” -Reznikov

“Rusiya Ukraynanın şərqini və cənubunu tam nəzarətə almağa çalışır və uzun müharibəyə hazırlaşır”. 

Yenixeber.org: Bunu Ukraynanın Müdafiə naziri Aleksey Reznikov Avropa İttifaqının müdafiə nazirlərinə və NATO-nun Baş katibi Yens Stoltenberqə deyib.

O, nazirləri Rusiyanın münaqişəni uzatmasına imkan verməməyə, Ukraynaya silah göndərilməsni koordinasiya etməyə çağırıb.

“Biz düşməni mümkün qədər tez məğlub etmək, ərazilərimizi azad etmək istəyirik. Buna görə də mümkün qədər tez və lazımi miqdarda xarici yardım qəbulunda, silah almaqda çox maraqlıyıq. Bizə tanklar, zirehli texnika, uzaqmənzilli silahlar lazımdır”, – Reznikov vurğulayıb.

Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrel görüşdən sonra deyib ki, blok Ukraynanın avadanlığının tükənməsinə imkan verməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam