Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş üçün 120 milyon manat ayrılacaq

 
1991-1997-ci illərdə müharibədə və cəbhə xəttində xəsarət alan şəxslərə birdəfəlik ödənişlərin ödənilməsi ilə bağlı hazırlıq işləri aparılır.
Yenixeber.org: Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.

O qeyd edib ki, bu islahatın maliyyələşdirilməsinə 120 milyon manatın sərf edilməsi nəzərdə tutulur:

"Birdəfəlik ödənişlərin verilməsi ilə bağlı qaydalar hazırlanaraq, yuxarı dövlət orqanlarıma təqdim olunub. Ödənişlərin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Sənədləri sistemə daxil edilməyən şəxslərin məlumatları isə kağız üzərində müraciətlərin həyata keçirilməsi təmin olunacaq, həmin şəxslərə şərait yaradılacaq ki, öz müraciətlərini DSMF-nin yerli bölmələrinə vəya DOST mərkəzlərinə təqdim etsinlər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam