Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Separatçıların növbəti sərsəm “plan”ı:“Sülhməramlıların ailələri Qarabağa gətirilsin”

 

Qarabağdakı erməni separatçıların qalıqları növbəti sərsəm təşəbbüslə çıxış ediblər.  

Yenixeber.org: Onlar Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentindən öz ailələrini Qarabağa, xidmət etdikləri ərazilərə gətirməyi xahiş ediblər.

Mənbə iddia edir ki, bununla əlaqədar separatçılar Rusiya Federasiyasının yuxarı instansiyalarına müraciət edib və rusiyalı hərbçilərin ailə üzvlərinin Qarabağa yerləşdirilməsinə dair təminat da alıblar. 

Separatçılar hesab edirlər ki, 1 500 sülhməramlı ailəsinin Qarabağa yerləşdirilməsi onlara Azərbaycan ərazilərində öz mövcudluqlarını qorumaq üçün hansısa əsas yaradacaq.

Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə ən yüksək rəsmilərinin dilindən bəyan edib ki, Qarabağda hər hansı qanunsuz məskunlaşdırılma, köçürülmə, yerləşdirilmə aparıla bilməz. Orada yaşayan mülki şəxslər Azərbaycan vətəndaşlarıdır və beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycanın bütün digər vətəndaşlarının malik olduqları hüquq və təminatlara malikdirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam