Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Separatçılar Xocalı aeroportunu səhərə kimi mühasirəyə alıblar

Separatçılar Xocalı aeroportunu səhərə kimi mühasirəyə alıblar   
Laçın dəhlizinin bağlı qalması Xocalıda yaşayan erməniləri də vurub.
Yenixeber.org: Ermənistan mediası xəbər verir ki, burada yaşayan bir qrup separatçı sülhməramlılara etiraz əlaməti olaraq Xocalı aeroportunun ətrafına toplaşıblar. Qeyd edilir ki, etirazçılar tonqal qalayaraq səhərə kimi aeroportun ətrafından əl çəkməyiblər.
"Bir qrup Qarabağ ermənisi gecəni Rusiya sülhməramlı qüvvələrinin mərkəzi qərargahının yerləşdiyi Xocalı hava limanının yaxınlığında keçirib. Onlar sülhməramlıların nəzarətində olan Laçın dəhlizinin açılmasını və rus qoşunlarının bölgədəki komandanı general Volkovla görüşməyi tələb edirlər", - "Mamul" saytı yazıb.
Xatırladaq ki, dünən Qarabağdakı qondarma "partiya rəhbər"lərindən biri, təxribatçı Petrosyan insanları Xocalı hava limanına etiraz aksiyası üçün aparıb. Rusiya hərbçiləri isə sülhməramlı kontingentin komandanı Andrey Volkovla görüşmək istəyən erməniləri təhqir ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam