Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Vilnüsdə Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək

Litvanın paytaxtı Vilnüsdə Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək.

Yenixeber.org:  Bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas LRT radiosuna bildirib.

Onun sözlərinə görə, Ukrayna - NATO Şurasının birinci iclası iyulun 11-12-də Litvada keçiriləcək NATO sammiti çərçivəsində baş tutacaq.

"İlk dəfə olaraq Vilnüsdə, vaxtilə mövcud olan, lakin hazırda fəaliyyətini dayandırmış Rusiya-NATO Şurasının tipinə uyğun yaradılmış Ukrayna-NATO Şurası toplaşacaq".

Müdafiə naziri deyib ki, iclas iştirakçıları Kiyevə hərbi yardımın təminatını müzakirə edəcəklər.

"Bu, uzunmüddətli olmalıdır. Ona görə yox ki, müharibənin uzun sürəcəyi faktı bizi buna yönləndirir, məqsəd Ukraynanın güclü müdafiə potensialını yaratmaqdır", - Anuşauskas əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam