Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyəlı nazir “Rosatom” rəhbəri ilə “Akkuyu” AES-i müzakirə edib

 Türkiyənin energetika naziri Alparslan Bayraktar Ankarada Rusiyanın Atom Enerji Təşkilatı “Rosatom”un rəhbəri Aleksey Lixaçev ilə ölkənin ilk “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tikintisi layihəsinin icrasını müzakirə edib.

Yenixeber.org: Bunu türkiyəli nazir özünün tviter səhifəsində yazıb.

“Biz “Rosatom”un rəhbəri Aleksey Lixaçev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Görüşdə Türkiyədə yeni nəsil elektrik stansiyasına çevriləcək “Akkuyu” Atom Elektrik Stansiyası layihəsinin hazırkı vəziyyətini qiymətləndirdik”, - nazir bildirib.

“Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.

Stansiya Rusiya istehsalı olan “3+” nəsil VVER reaktorları olan dörd enerji blokundan ibarət olacaq. Hər bir enerji blokunun gücü 1,2 min MVt olacaq. AES istismara verildikdən və tam gücünə çatdıqdan sonra ildə təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcək. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfi tərəfindən maliyyələşdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam