Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Metronun iş rejimində dəyişiklik-FOTO

 

Qarşıdan gələn Ramazan bayramı günlərində "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

Yenixeber.org xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 6 və 12 aprel tarixlərinin yerləri dəyişdirilib. Bu səbəbdən sabah şənbə günü olsa da, iş günü hesab ediləcək və Bakı metrosu buna müvafiq olaraq, adi iş günləri qrafikinə uyğun fəaliyyət göstərəcək. Həmin gün saat 7:00-10:00 və 17:30-19:30 aralıqları gur saat hesab ediləcək və “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti ikidəqiqəlik intervalla tənzimlənəcək.

Sərnişin məmnunluğu və metro istifadəçilərinin rahat hərəkəti nəzərə alınaraq, bayram günlərində növbətçilik cədvəli əsasında işçi personalının fəaliyyəti təmin ediləcək. Bütün stansiyaların infrastrukturu, o cümlədən mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq.

Aprelin 10-11-də saat 07:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsi üzrə qatarlar arasında interval 2,5 dəqiqə olacaq. Aprelin 12-14-də həmin sahədə interval üç dəqiqə təşkil edəcək.

Yaşıl və qırmızı xətlərin kəsişərək birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı iki dəfə artıq olacaq.

Lakin sərnişin axını istiqamətləri diqqətdə saxlanılmaqla, ehtiyat qatarlar hazır vəziyyətdə olacaq və zərurət yarandığı hallarda xəttə buraxılacaq.

“Bakmil” istiqamətində hərəkət edən sərnişinlər aprelin 6-da iş günlərinin, aprelin 10-11-də şənbə gününün, aprelin 12-14-də bazar gününün hərəkət cədvəllərindən istifadə edə bilər.

Lakin sərnişin axını istiqamətləri diqqətdə saxlanılmaqla, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət yarandığı hallarda xəttə buraxılacaq.

“Bakmil” istiqamətində hərəkət edən sərnişinlər aprelin 6-da iş günlərinin, aprelin 10-11-də şənbə gününün, aprelin 12-14-də bazar gününün hərəkət cədvəllərindən istifadə edə bilər.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam