Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanın basketbol millilərinin oyunlarının təqvimi açıqlanıb

 

Azərbaycanın yeniyetmə basketbolçulardan ibarət millilərinin Avropa çempionatında keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

9-14 iyul Albaniyanın paytaxtı Tirana şəhərində 16 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatı "C" divizionu oyunları baş tutacaq. A qrupunda qərarlaşmış U-16 millimiz, Albaniya, Malta və Moldova yığmalarına qarşı mübarizə aparacaq. Tahir Baxşıyevin rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 9 iyul Bakı vaxtı ilə saat 21:30 -da yerli Albaniya yığmasına qarşı olacaq. Yığmamız qrupda növbəti oyunlarını, 10 iyul saat 16:30-da Moldova və 11 iyul saat 16:30-da Malta millilərinə qarşı keçirəcəkdir. Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.

9-14 iyul Cəbəllütariqdə 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatı "C" divizionu oyunları baş tutacaq. A qrupunda qərarlaşmış qızlardan ibarət U-16 millimiz, Gürcüstan, Ermənistan və Kipr yığmalarına qarşı mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 9 iyul Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq. Qızlarımız qrupda növbəti oyunlarını, 10 iyul saat 12:30-də Gürcüstan və 11 iyul saat 12:30-də Kipr millilərinə qarşı keçirəcəkdir. Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam