Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Azərbaycanda sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunu yoxlanılması üçün qaydalar təsdiq edilib

 

Nazirlər Kabineti sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını təsdiq edib.

Yenixeber.org xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qaydalar Rəqabət Məcəlləsinə uyğun hazırlanıb və sazişlərin rəqabət qanunvericiliyinə uyğun olub-olmamasını müəyyən etmək üçün müraciət və qərar prosesini tənzimləyir.

Saziş iştirakçılarından hər hansı biri bağlanılmış sazişin istisna edilməsi üçün rəqabət orqanına könüllü şəkildə yazılı müraciət edə bilər. Sazişin predmeti ilə bağlı iş qaldırıldıqda, saziş iştirakçıları bu barədə bildirişdən sonra 30 gün ərzində müraciət edə bilərlər. Əgər müraciət qaydaların 2.2-ci bəndinin tələblərinə uyğun gəlmirsə, vəsatət rəqabət komissiyasının qərarı ilə qəbul edilir.

Müraciətdə saziş iştirakçıları və onların hüquqi ünvanları, sazişin predmeti, mahiyyəti, texniki və iqtisadi xüsusiyyətləri, davametmə müddəti və tətbiq olunduğu coğrafi ərazi kimi məlumatlar əks olunmalıdır.

Qaydalara əsasən müraciətlərin qiymətləndirilməsi 30 gün ərzində başa çatır. Xüsusi hallar zamanı baxılma müddəti əlavə 30 gün uzadıla bilər. Bu barədə məlumat müraciətçilərə 5 iş günü ərzində verilir.

Müraciətin qiymətləndirilməsi nəticəsində rəqabət orqanı və ya komissiya sazişin istisna edilməsi və ya edilməməsi barədə yekun qərar qəbul edir. Qərar qəbul edilən şərtlər yerinə yetirildiyi müddətdə qüvvədə olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam