Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Ayxan Hacızadə: Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir- FOTO

 

Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında deyib.

Onun sözlərinə görə, Ermənistanın "sülhsevər narrativi" regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir:

"Bəs bütün bunlar həqiqətən nə deməkdir? Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın".

N.Paşinyan bildirib ki, Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir:

"Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın "xoş niyyətlərinin" təsdiqi hesab edilə bilməz".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam