Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Ukraynaya daha 30 min ədəd PUA göndəriləcək

Böyük Britaniya Ukraynaya 30 min ədəd PUA göndərəcək
“Böyük Britaniya Ukraynaya 30 min ədəd pilotsuz uçuş aparatı (PUA) göndərəcək”.

Yenixeber.org: Məlumata görə, bu barədə informasiya krallıq hökumətinin rəsmi internet saytında yerləşdirilib.

Bildirilib ki, Böyük Britaniya və Latviya birgə müəssisəsinin istehsal etdiyi PUA-larla bağlı müqavilənin həcmi 45 milyon funt-sterlinq təşkil edir.

Layihənin maliyyələşdirilməsini Birləşmiş Krallıqla yanaşı, Danimarka, Niderland, Latviya və İsveç hökumətləri həyata keçirəcək.

Ukraynaya hərbi dəstək məqsədilə yaradılmış fond hazırda 73 milyon funt-sterlinq əlavə vəsait cəlb edib. Sözügedən maliyyə institutuna indiki məqamadək Danimarkan 67, Norveç 59, Portuqaliya 43, İsveç 20, eləcə də dənizdə hərbi əməliyyatlara hazırlıq üçün Almaniyadan və İslandiyadan ümumilikdə 5 milyon funt-sterlinq köçürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam