Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Los-Ancelesdə komendant saatı tətbiq ediləcək

Los-Anceles dairəsinin (Kaliforniya ştatı) hakimiyyəti bölgədə 14 min hektardan çox ərazini əhatə edən meşə yanğınları ilə əlaqədar komendant saatının tətbiqi üzərində işləyir.

Yenixeber.org xəbər verir ki, bu barədə dairənin şerifi Robert Luna bildirib.

Onun sözlərinə görə, komendant saatı saat 18:00-dan 06:00-a qədər yanğın ocaqları ətrafındakı zərər çəkmiş ərazilərdə elan ediləcək. Tədbir cümə günü axşam saatlarına qədər təsdiqlənəcək.

Luna əlavə edib ki, dairə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün milli qvardiyadan dəstək istəyib. "Onlar bizə yol hərəkətinin tənzimlənməsi və kritik infrastrukturun mühafizəsində kömək edəcəklər", - o bildirib.

KİV-in məlumatına görə, Kaliforniyada yanğınlar zamanı talançılıqla məşğul olan ən azı 20 nəfər saxlanılıb. Los-Anceles dairəsinin Müşahidə Şurasının üzvü Ketrin Barger mətbuat konfransında saxlanılanların cəzalandırılacağına söz verib.

Qeyd edək ki, hazırda 10 nəfərin həlak olduğu məlumdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam