Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Kaxa Kaladze: Gürcüstanda inqilab olmayacaq

 

Hər bir vətəndaş sakit şəraitdə öz fikrini ifadə edə bilər, lakin heç kimə ölkədə inqilab etməyə icazə verilməyəcək.

Yenixeber.org xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.

“Hər bir şəxs sakit şəraitdə öz fikrini ifadə edə bilər, lakin zorakılığa keçəndə ölkədə inqilab, çevriliş etmək istəyi yaranır, dostlar, bu baş tutmayacaq", - o bildirib.

Kaladzenin sözlərinə görə, 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində "Gürcü arzusu" qalib gəlib. O, müxalifəti məğlubiyyətlə barışmağa çağırıb.

"Dövlətçilik var və inqilab baş tutmayacaq. Seçkilər var və hakimiyyət onların vasitəsilə dəyişir. Siz seçkilərdə məğlub oldunuz. Sizi gürcü xalqı məğlub etdi. 1 milyon 200 min insan sülhü dəstəkləyib və faşizmə yox deyib", - Tbilisi meri əlavə edib.

Siyasətçi müxalifətə xatırladıb ki, onların nümayəndələri də Gürcüstanın vətəndaşlarıdır və ölkə qanunlarına əməl etməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam