Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Əli Əsədov: Azərbaycan Gürcüstanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə verdiyi töhfəni yüksək qiymətləndirir

 

Azərbaycan Gürcüstanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə verdiyi töhfəni yüksək qiymətləndirir.

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu yubiley iclasının açılışında bildirib.

O, Gürcüstan hökumətinin başçısına COP29 konfransında fəal iştirakına görə təşəkkür edib:

“Biz Gürcüstanın qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə verdiyi töhfəni yüksək qiymətləndiririk. Bu gün İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu yubiley iclasını keçiririk. Əminəm ki, müzakirələrimiz, qəbul edilən qərarlar və protokollar, həmçinin ikitərəfli sənədlər ölkələrimiz arasında münasibətlərin daha da inkişafına xidmət edəcək".

Ə.Əsədov vurğulayıb ki, İrakli Kobaxidzenin səfəri çərçivəsində Gürcüstanın səfirliyinin yeni binası üçün ayrılmış torpaq sahəsinə baxış da planlaşdırılıb.

“Bu torpaq sahəsi Azərbaycan Respublikasının Prezidentinin tapşırığı və Nazirlər Kabinetinin qərarı ilə ayrılıb. Ərazi Bakının mərkəzində, şəhərin ən gözəl yerlərindən birində yerləşir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam