Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ceyhun Bayramov Küveytə səfər edəcək

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında Birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün aprelin 29-30-da bu ölkəyə səfər edəcək.

Yenixeber.org xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Küveytin xarici işlər nazirinin müavini Cərrah Cabər əl-Əhməd əs-Sabahla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Y.Rəfiyev qeyd edib ki, yüksək səviyyəli səfər mübadiləsi ikitərəfli münasibətlərin inkişafı üçün çox vacibdir.

"Biz nazir müavinləri səviyyəsində görüşdük və aprelin 29-30-da ölkəmizin xarici işlər naziri Ceyhun Bayramovun səfəri planlaşdırılır", - nazir müavini bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha Azərbaycana səfərlə bağlı dəvət göndərib:

"Ümid edirik ki, o, bu il Azərbaycana səfər edəcək".

Qeyd edək ki, Azərbaycan və Küveyt arasında Hökumətlərarası Komissiyanın sonuncu iclası 2013-cü il fevralın 14-də Bakı şəhərində keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri xarici işlər naziridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam