Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan qeyri-neft-qaz ixracını 7 %-ə yaxın artırıb

 

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.

Yenixeber.org:  Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 12,3 % artaraq 153,9 milyon ABŞ dolları olub.

Hesabat dövründə aqrar məhsullarının ixracının dəyəri 9,5 % artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracının dəyəri 17,7 % artaraq 43 milyon ABŞ dolları olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 11,6 % artaraq 162,8 milyon ABŞ dolları təşkil edib.

İl ərzində qara metallar və ondan hazırlanan məmulatların ixrac dəyəri 66,9 %, şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixrac dəyəri 47 %, alkoqollu və alkoqolsuz içkilərin ixrac dəyəri 39,2 %, kimya sənayesi məhsullarının ixrac dəyəri 30 %, çayın ixrac dəyəri 21,3 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri isə 2,8 % artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam