Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Putin Trampla yaxın günlərdə danışacaq? -Kremldən AÇIQLAMA

 

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında yaxın günlərdə telefon danışığı planlaşdırılmır.

Yenixeber.org xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə bildirib.

"Prezidentin qrafikində bununla bağlı hələ heç nə yoxdur", - Dmitri Peskov deyib.

O, həmçinin Trampın müşavirlərinin ona Moskva Ukraynada tam atəşkəs elan edənə qədər Rusiya prezidentinə zəng etməkdən çəkinməyi tövsiyə etməsi ilə bağlı xəbəri şərh etməyib.

"Hazırda mediada çoxlu saxta, şayiələr, fərziyyələr və açıq yalanlar dərc olunur", - Kremlin mətbuat katibi bildirib.

O əlavə edib ki, Rusiya və ABŞ Vladimir Putinin əvvəllər səsləndirdiyi Ukrayna böhranının həllinin “nüansları” ilə bağlı danışıqlar aparır.

Rusiya və ABŞ prezidentləri arasında ilk telefon danışığı fevralın 12-də olub. Putinlə Tramp arasında ikinci söhbət isə martın 18-də baş tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam