Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Sebastian-İoan Burduja:"Yaşıl enerji dəhlizi"nin dəyəri 10 milyard avrodan çox ola bilər"

 

Rumıniya ümid edir ki, Avropa İttifaqının (Aİ) qrantları hesabına Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji dəhlizi”nin yaradılması layihəsinin həyata keçirilməsi ilə bağlı xərclərin əhəmiyyətli hissəsi ödəniləcək.

Yenixeber.org xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Yaşıl dəhliz" layihəsi son dərəcə iddialıdır və dünyanın ən uzun sualtı kabel xəttinin (təxminən 1 100 kilometr) tikilməsini nəzərdə tutur. İlkin qiymətləndirmələrə görə, onun dəyəri 10 milyard avrodan çox ola bilər. Biz artıq texniki-iqtisadi əsaslandırmanı başa çatdırmaq üzrəyik. Növbəti mərhələ maliyyələşməni təmin etməkdir", - nazir qeyd edib.

Onun sözlərinə görə, Rumıniya xərclərin əhəmiyyətli hissəsinin Aİ qrantları hesabına ödəniləcəyinə ümid edir ki, bu da layihəni ağlabatan müddətdə həyata keçirməyə imkan verəcək.

"Bu, enerji təhlükəsizliyini gücləndirəcək, daha ucuz və ekoloji cəhətdən təmiz enerjiyə çıxışı təmin edəcək – bu, əsl "win-win" modelidir. Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniya bazarındakı fəallığını qeyd etmək istərdim - biz onun töhfəsini yüksək qiymətləndiririk", - S.Burduja əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam