Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Bu gündən Bakıdakı bağçalarda tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır

 

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.

Yenixeber.org xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 8-dən 14-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər.

Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.

İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:

- Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);

- Şəxsiyyət vəsiqəsinin surəti;

- İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

- Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

- Diplomun surəti;

- Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam