Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Xələf Xələfov Lavrovla iki ölkə arasında münasibətlərin inkişafını müzakirə edib- FOTO

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyini müzakirə ediblər.

Yenixeber.org xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilib.

"Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisində inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bir sıra aktual beynəlxalq və regional məsələlərə toxunulub", - qurumdan bildirilib.

Məlumata görə, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyinə daxil olan əsas məsələlər və 2025-2026-cı illərdə Azərbaycanın sədrliyi dövründə bu platformada birgə fəaliyyətin vəzifələri müzakirə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam